ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Dövlət katibilə danışan Paşinyan Azərbaycanı ittiham edib

Hələki Azərbaycan Paşinyanın fikirlərinə münasibət bildirməyib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb.
Azadtutyun-un Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına istinadə xəbər verir ki, həmsöhbətlər regiondakı hərbi-siyasi və humanitar vəziyyətə toxunublar.
Məlumatda bildirilir ki, Paşinyan ABŞ Dövlət katibi ilə danışan zaman Azərbaycan tərəfini etnik təmizləmədə ittiham edib.
“Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və ermənilərin Dağlıq Qarabağdan tamamilə çıxarılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün təsirli addımların atılmasının vacibliyini vurğulayıb.” – açıqlamada deyilir.
Həmçinin vurğulanır ki, telefon söhbəti zamanı yaxın günlərdə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında planlaşdırılan müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.
“Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar. Humanitar xarakterli digər məsələlərə də toxunulub”, – Ermənistan baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.
Ermənistan baş nazirinin yaydığı bu məlumata hələki Azərbaycanın hər hansı reaksiya bəlli deyil.
Mayın əvvəlində Azərbaycanla Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Məlumatı Ermənistanın xarici işlər nazirliyi təsdiqləyib.
Xəbərdə əlavə detallarla bağlı məlumat verilmir, ancaq danışıqların bir-neçə gün davam edə biləcəyi qeyd olunur.
Aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Həkəri çayının üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi qurub.
Bakı bu addımı Ermənistandan Azərbaycan ərazisinə silah daşınmasının qarşısını almağa yönəldiyini bildirib. Xidmət həmçinin vurğulayıb ki, bu bir gün əvvəl Yerevanın Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurmasına adekvat cavabdır.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button