ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ ərəb ölkələrindəki havadan müdafiə sistemlərindən bəzisini Ukraynaya göndərir

 S.Bağırov. ABŞ hava hücumundan müdafiə sistemlərini Yaxın Şərqdən Ukraynaya köçürməyi planlaşdırır.
SalamNews xəbər verir ki, bunu “Raytheon Technologies” Hərbi müdafiə şirkətinin baş direktoru Qreq Hayes “Politico” jurnalına deyib.
O, bildirib ki, ABŞ Yaxın Şərq regionunda yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək üçün Yaxın Şərqdəki iki ölkə ilə danışıqlar aparır.
Qreg Hayes verdiyi müsahibədə əlavə edib ki, bu addım yaxın 3-6 ay ərzində Ukraynaya “NASAMS” inkişaf etmiş yer-hava raket sistemlərini göndərməyi hədəfləyir.
Hayes izah edib ki, Yaxın Şərqdə olan inkişaf etmiş ABŞ istehsalı yer-hava raket sistemləri var, ABŞ və Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) bəzi müttəfiqlər sözügedən sistemləri Ukraynaya yönləndirmək üçün artıq Yaxın Şərqdə iki ölkə ilə işləyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button