ArxivXəbər lentiXəbərlər

Polkovnik Ramaldanov: “Müzakirələrlə Qarabağda dönüşün yaranmasına inanmıram”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 31-də Azərbaycanda səfərdə olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini cənab Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini xüsusi qeyd edib.

Polkovnik Ramaldanov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ABŞ rəsmilərinin bu zamanda Azərbaycana gəlməsi təbii ki, münasibətlərin daha sıx şəkildə qurulmasına xidmət etməyə yönələ bilər: “ABŞ həmsədr dövlətlərdən olduğu üçün Azərbaycana amerikalı nümayəndələrinin intensiv gəlib-getməsi gözləniləndir. Azərbaycan hökuməti də ölkəyə gələn qonaqlara ilk növbədə Dağlıq Qarabağla bağlı həqiqətlərin çatrıdlmasına çalışır. Gələn qonaqla bu mövzularda müzakirələrin aparılması gözləniləndir. Ümumiyyətlə bu cür görüşlər və müzakirələrlə Dağlıq Qarabağ mövzusunda hansısa bir dönüşün yarana biləcəyinə inanmıram. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dünyanın çox müxtəlif qurumları, ölkələri ilə müzakirələr aparılıb. Amma bu müzakirələr sadəcə vaxtın uzanmasına xidmət edib. Bu müəddət ərzində də torpaqlarımız işğal altında qalmaqda davam edir. Ermənistan hakimiyyəti də dəfələrlə qeyd edib ki, işğal edilmiş ərazilərdən bir qarış belə verilməyəcək. Bütün bu məsələlər onu deməyə əsas verir ki, istənilən qurumlarla, səlahiyyətli şəxslərlə danışıqlar bu münaqişəni həll etməyə qadir deyil. Bunun bir yolu sadəcə hərbi yoldur. Müşahidələrimiz onu göstərir ki, hətta Azərbaycanın və Ermənistanın ölkə başçılarının görüşləri belə ciddi şəkildə problemə çevrilir. Amma bu gün ölkədə səfərdə olan amerikalı qonaq da bu mövzularda müəyyən fikirlər səsləndirəcək. Məlumdur ki, ABŞ və Rusiya arasında müəyyən soyuqluq var. Azərbaycan regionda ciddi nüfuza malik olan bir ölkədir. Bu baxımdan da ABŞ və Rusiyanın Azərbaycana olan diqqəti kifayət qədərdir. ABŞ rəsmilərinin də bu zamanda Azərbaycana gəlməsi təbii ki, bu istiqamətdə münasibətlərin daha sıx şəkildə qurulmasına xidmət etməyə yönələ bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button