ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abdullahiyan: Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir

 “Yenə təkrar edirik və bildiririk ki, Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir. Türkiyənin Suriyadakı narahatlığı anlaşılandır və aradan qaldırılmalıdır.”

 bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O, bildirib ki, Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir.

Türkiyənin Suriyadakı narahatlığının anlaşılan olduğunu və bu narahatlığın aradan qaldırılmasının zəruri olduğunu deyən İran XİN rəhbəri Türkiyənin Suriyanın şimalında əməliyyat həyata keçirmək planı haqda Çavuşoğlu ilə fikir mübadiləsi apardığını deyib.

Abdullahiyan həmçinin Azərbaycan və Ermənistanın da qatılacağı 3+3 platformasının iclaslarının əhəmiyyətini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button