ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abdullahiyan: İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək

“Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsi və bununla bağlı atəşkəs sazişi regionda sabitlik və yaxınlaşma üçün yeni pəncərələr və imkanlar açıb. Region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanması bizim üçün önəmlidir və İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.”
bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
Abdullahiyan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtındakı iclası çərçivəsində baş tutan bu görüşdə bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Abdullahiyan iki ölkə arasında əlaqələrin, xüsusən də iqtisadi və ticarət sahələrində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin ciddi iradənin, konkret planın formalaşdırılması və ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə daha da artacağına ümidvar olduğunu bildirib.
“Qafqazda sülh və sabitlik, həm də Şimal-Cənub dəhlizinin gücləndirilməsi və regionda ticarətin inkişafı üçün daha yaxşı imkanlar yaradır. Biz Azərbaycan Respublikasının layihələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə iştirak etmək üçün texniki və mühəndislik imkanlarımızdan istifadə etməyə maraqlıyıq və buna hazırıq”, deyə İran XİN rəhbəri əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button