ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Federasiyasının xarici işlər naziri və iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla danışıb

İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

 bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə tərəflər bu telefon təmasında qarşılıqlı əlaqələrlə yanaşı nüvə sazişi ətrafında baş verən prosesləri də müzakirə ediblər.

“Tərəflər BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi nüvə sazişinin bərpası ilə bağlı danışıqların başlamasını dəstəkləyib və bütün tərəflərin hüquqlarının və mənafelərinin məhz bu yolla təmin edilməsinin mümkün olduğunu bildiriblər” – deyə bəyanatda vurğulanıb.

Tərəflər Beynəlxalq Atom Enerjisi Agentliyinin sədrinin İrana növbəti səfərini, Əfqanıstan məsələsini və Cənubi-Qafqazdakı vəziyyəti də müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button