AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Parlamentin rəyasət heyətinin üzvü Azərbaycan Respublikası deputatının təfriqəçi açıqlamasına cavab verdi

İslami Şura Məclisinin rəyasət heyətinin üzvü Azərbaycan Respublikası deputatlarından birinin təfriqə xarakterli açıqlamasına münasibət bildirərək deyib: “Bu addım iki ölkənin yaxşı qonşuluq və siyasi, iqtisadi, mədəni əlaqələrinə uyğun deyil. Azərbaycan Respublikası rəsmiləri bu məsələyə münasibət bildirməlidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ruhullah Mütəfəkkirazad mətbuata verdiyi müsahibədə Azərbaycan Respublikasının bir sıra siyasətçilərinin təfriqə xarakterli açıqlamalarına toxunaraq deyib: “İran İslam Respublikasının yeni dövrdə siyasəti bölgə ölkələrinə daha çox diqqət yetirmək, qonşularla münasibətləri daha artıq genişləndirməkdir. Ona görə də, Azərbaycan Respublikasının deputatlarından birinin iki ölkə münasibətləri haqda belə açıqlaması iki ölkənin yaxşı qonşuluq və siyasi, iqtisadi, mədəni əlaqələrinə uyğun deyil. Azərbaycan Respublikası rəsmiləri bu məsələyə münasibət bildirməlidir.”

  1. Mütəfəkkirazad həmin deputatın sözlərinin İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyənlərin təhriki ilə deyildiyini vurğulayaraq deyib: “Qonşu ölkənin səlahiyyətliləri öz hökumətlərində mövcud ünsürlərə ikitərəfli münasibətlərin və iki ölkə arasındakı yaxşı əlaqələrin əhəmiyyətini çatdırmaqla yanaşı, onlara qarşılıqlı hörmətin mexanizmini xatırlatsın, onların gərginlik yaratmalarına icazə verməsin. Ona görə ki, bu, iki tərəfdən heç birinin xeyrinə deyil.”

Təbriz, Üskü və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi İranın bu kimi təfriqə xarakterli açıqlamalar qarşısında təmkin göstərməsini izzət, hikmət və məsləhət kimi üç prinsipdən irəli gəldiyini qeyd edərək deyib: “Hamı açıq-aşkar bilsin ki, İran İslam Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyü bu sevimli ölkənin xarici siyasətinin təməli və toxunulmaz prinsipidir və biz onun qorunması uğrunda hər an əlimizdə olan bütün imkanlardan istifadə etməyə hazırıq.”

  1. Mütəfəkkirazad İran, onun qonşuları və bölgənin təhlükəsizliyinin bizim üçün əhəmiyyət daşımasına toxunaraq deyib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri təmkinli və qardaşlıq siyasəti ilə yanaşı ölkənin milli təhlükəsizliyinə qarşı hər hansı bir hərəkətə qətiyyətlə və yerində cavab verməyə hazırdır. Ona görə də bizim qonşularımız trans-regional və düşmən qüvvələrin öz ərazilərində hüzuruna icazə verməməlidir.

İslami Şura Məclisinin rəyasət heyətinin üzvü iki ölkə arasında ticarət məqsədli yük maşınlarının neçə illərdir ki, gediş-gəlişinə, İranın daima Azərbaycan Respublikasından gəlmiş sürücülərə hörmətlə yanaşmasına da işarə edərək deyib: “Biz İran vətəndaşlarına qarşı Azərbaycan Respublikası səlahiyyətlilərinin öz şənlərinə yaraşmayan davranışının dərhal əvəzinin çıxılmasını istəyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button