Azərbaycanlı politoloq Qarabağ münaqişəsinin həll edilməsi üçün İran və Türkiyənin də Minsk Qrupunda iştirak etmələrini vacib adlandırıb.
Qabil Hüseynli Səhər kanalının Bakıdakı müxbiri ilə müsahibədə deyib: Minsk Qrupunun hazırkı tərkibi bu qrupun münaqişənin həll edilməsi üçün ciddi iradəyə malik olmadığını göstərir. Həmçinin, Minsk Qrupunun hazırkı üzvləri ideoloji baxımdan işğalçı Ermənistanı himayə etdiklərini sübut ediblər.
Q.Hüseynli əlavə edib: İslam ölkələrinin də bu qrupun tərkibində yer alması lazımdır. Yalnız o zaman münaqişənin bitərəf şəkildə həllinə səy göstərmək olar.