ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn “Tub Zon”-a köçürülüb

Bir neçə gün öncə Kovid 19-la bağlı Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Abbas Hüseyn ötən gün “Tub Zon” kimi tanınan Pentesiar Xidmətin Vərəm Əleyhinə Müalicə Mərkəzinə köçürülüb.

Bu barədə Abbas Hüseynin anası redaksiyamıza məlumat verib. A. Hüseynin səhhəti ilə əlaqədar Müalicə Mərkəzi ilə əlaqə saxladıq. Müəssisədən bizə bildirdilər ki, A. Hüseyn dünən Müalicə Mərkəzinə gətirilib.

Onun səhhətindəki şübhələr səbəbindən Vərəm Əleyhinə Mərkəzə köçürülüb və ondan analizlər götürülüb. “Sabah durumu ilə bağlı dəqiq məlumat əldə olunacaq”-deyə müəssisənin mətbuat xidməti bildirib.

Xatırladaq ki, iki gün öncə Abbas Hüseyn Kovid virusu ehtimalı ilə Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülmüşdü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button