ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Abbas Hüseyn şəxsiyyət vəsiqələrində hicablı fotodan istifadə edilməsinə qadağan qoyulmamasını istədi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub göndərib.

qafqaz.ir məktubu olduğu kimi təqdim edir:

“Bu gün dünya dövlətləri yeni trendlərə imza atır. İnsanların yüksək şüuru nəticəsində dünya dövlətləri ölkələri 4-cü sənaye transformasiyasına kökləyir. Müasir texnologiya hər il daha da inkişaf edərək, yeni tərəqqilərə addımlayır. Bu gün müəyyən kompüterləşdirilmiş cihazlarla insanlar asanlıqla uzaqdan tanımaq olur. Təkcə, insanların tərcümeyi halları yox, hətta xəstəliklərinə qədər müəyyən edilə bilir. Hətta bəzi texnologiyalar süni intellektli yaddaşları ilə insanların bədən formalarını, üz cizgilərini yaddaşında saxlamağı bacarır. Süni intellektə malik qapılara müəyyən proqramlar yüklənərək həmin qapılar yalnız bəlli şəxslər üçün açılıb-bağlanır. Bu günki əsrimizdə televizor, telefon, elektron cihazlar, xüsusi mühafizə olunan qapılar sensorla idarə olunur. Artıq yeni çıxan smartfon telefonlarda da şəxsi məlumatları mühafizə etmək üçün hər hansısa kod qoymağa ehtiyac olmur. Yeni smartfonlar insanın üz cizgilərini yadda saxlayır, həmin üzü tanımadıqca açılmır.

Bunları yazmaqda məqsədim budur ki, dünya dövlətləri on illər öncə gördüyünüz sənaye transformasiyası üslubu ilə hərəkət etməyi gərəkli bildiyi kimi, insanı tanımaqda da müasir üsullardan istifadə edir. Biz isə çox vaxt özümüzu inkişaf etmiş dövlətlərlə müqayisə etdikdə gördük ki, hələ də geridəqalmış dövlətlərin üsullarıyla hərəkət edirik. 21-ci əsrdə 20-ci əsrin qaydaları və qadağalarıyla yaşayırıq. Buna görə də ölkəmizdə 23 ildir ki, mövcud hicabla şəxsiyyət vəsiqəsi almaq məsələsi problem olaraq qalır. Şəxsiyyət vəsiqəsində hicaba qoyulan süni qadağalar hər daim insanları narahat edir. Dindar kəsimlə hakimiyyət arasında haqlı olaraq narazılıqlar yaradır. Müasir texnologiyanın süni intellekt innovasıyası vasitəsi ilə az inkişaf etmiş ölkələr belə insanın şəxsiyyətini müəyyən etmək üçün çox rahat üsullardan istifadə edir. Ölkəmizin məsul şəxsləri istəsələr hicab məsələsini süni intellektli şəxsiyyəti müəyyən edən cihazların köməyi ilə həll edə bilər. Bəs niyə illərdir bu problem həll olunmur? Hətta inkişaf etməkdə olan qeyri-müsəlman dövlətlərin, qardaş dediyimiz Türkiyənin, Avropa dövlətlərinin təcrübələrindən faydalanaraq yarım milyonluq dindar ailənin bu hüququnu bərpa etmək və haqlı narazılıqlarını həll etmək olar. Qeyri-müsəlman qərb dövlətləri hicablı xanımlara hər hansısa maneə yaratmadan çox rahat şəkildə hicabla vəsiqə verir. Türkiyə başda olmaqla bütün türk dövlətləri hicablı xanımların hicabda vəsiqə almaq hüququnu tanıyır. Rusiya və Gürcüstan hicablı xanımlara pasportu baş örtülü şəkilləriylə verir. Ukraynanın yeni prezidenti Zelenski hakimiyyətə gələn kimi təqdirə layiq inqilabi bir addım atdı və şəxsiyyət vəsiqəsində hicab qadağasını aradan qaldırdı. Ramazan və Qurban bayramlarının dövlət səviyyəsində qeyd edilməsi üçün sərəncam imzaladı. Yaxşı bizdə bu qadağanı saxlayanların məqsədləri nədir? Ümid edirəm ki, hakimiyyət rəsmiləri, nazir müavinləri, millət vəkilləri bu barədə fikirlərini açıqlayarlar. Nə səbəbdə hicablı xanımlara örtüklə vəsiqə verilmir? İkinci Qarabağ müharibəsində şücaətlə vuruşub şəhid olanların, yaralı qazilərimizin əksəriyyətinin anaları, ailələrindəki xanımlar hicablıdırlar. Bu qəhrəman əsgərlər torpağı namusları kimi qorudular. Bu gün bizlər o ailələrə sahib çıxdığımız kimi onların hicablarını da müdafiə etməliyik. Hakimiyyət rəsmiləri buna diqqət etməlidir. Öz canı bahasına torpaqları qoruyan şəhidlərin analarının hicablarını müdafiə etməli, onların qürurunu incitməməlidir. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün hicabsızlığı şərt qoymamalıdır.

Bu gün Xanım Fatimeyi Zəhranın doğum günüdür. Bu gün münasibətiylə hər kəsi, ən əsası da Xanım Zəhra əmanətini qoruyub yaşadanları təbrik edirəm.

 Abbas Hüseyn

02.02.2021”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button