AktualAktualArxivXəbər lentiXəbərlər

İŞİD-in Qafqazda fəaliyyətinin davam etməsinin səbəbi-Azərbaycan vəhabiləri üçün təhlükəsiz çərçivə yaratmaqda vəhabiliyin rolu

Səudiyyə tərəfindən formalaşdırılan radikallaşdırılmış cihad təfəkkürü təkcə Əfqanıstan, İraq və Suriyada deyil, Bosniya, Qafqaz, Çin, Afrika və digər regionlarda da sistemli şəkildə təbliğ olunur.

Qafqaz Mədəniyyət Mərkəzi – Suriyada öz fəaliyyətinə başlayan İŞİD terror qrupunun böyük bir hissəsini xarici terrorçular təşkil edirdi və onlar öz milliyyətləri ilə tanınırdı. Çeçenlər, qafqazlılar, türklər, əfqanlar və s. Onların arasında az sayda olmasına baxmayaraq hətta iranlılar da var idi.

Ötən illərdə Suriyada terror təşkilatları formasında iştirak edən müxtəlif ölkələrin vətəndaşlarının sayı qeyd olunurdu. Amma Suriyada müharibənin yaranmasında və onun davamında əvvəldən qafqazlı qrupların rolu nəzərə çaracaq səviyyədə idi. Bunun səbəblərindən biri də onların uzun illər SSRİ-nin güclü təhlükəsizlik xidmətləri ilə gizli şəkildə mübarizələri olmuşdur ki, onları belə bir mahir döyüşçüyə çevirmişdi.

Rusiya Millətlərin İşləri üzrə Federal Agentliyinin başçısı İqor Barinov 2015-ci ildə verdiyi açıqlamada Suriyada terror qruplarına qoşulan rusiyalı “cihadçı”larının sayının 2000 nəfər olduğunu bildirdi. Suriyada terror təşkilatlarına qatılan azərilərin sayı barədə də Azərbaycan Respublikasının təhlükəsizlik xidməti tərəfindən müxtəlif məlumatlar yayıldı və onların sayının 1200 nəfərə çatdığı deyildi.

Bəzi ekspertlərin fikrincə, bu günə kimi təkfirçi terrorizm və vəhabilik cihadı barədə yayılan mətnlər elə yazılmışdır ki, sanki bütün terror şəbəkələri (Əl-Qaidə, İŞİD və s.) Suriya və İraqda yaranmışdır və onların fəaliyyət başlanğıcı da bu ərazilər olmuşdur. Lakin diqqət etmək lazımdır ki, Suriya və İraq dini radikalizmin təkcə oyun yeridir. Bu məsələ ölkəmizin xalqının İŞİD, ya hər hansı digər terrorçu qrupların İraq və Suriya ərazisində olduğuna inanmasına, İranda fəaliyyətnə isə inanmamasına səbəb olmuşdur.

Bizim ümumi olaraq vəhabilik adlandırdığımız radikallaşdırılmış cihad təfəkkürü həmin sələfilik cihadıdır. Səudiyyəlilər təkcə Əfqanıstan, İraq və Suriyada deyil, Bosniya, Qafqaz, Çin, Afrika və s. ölkələrdə də sələfilik cihadını təbliğ edir, dəstəkləyir və şəbəkə şəklində idarə edir.

Azərbaycan Respublikasında əhali arasında vəhabi məscidləri kimi tanınan bir çox məscidlər mövcuddur. Vəhabilərin bu ölkədə neçə illər təbliğindən sonra bu günləri İŞİD-in ən böyük hissəsi təsis edilməsi nəzərdə tutulmuş “Qafqaz əmirliyi”dir və bu əmirliyin üzvlərinin əksəriyyəti Azərbaycanda doğulub, böyümüş döyüşçülərdir. Azərbaycan Respublikası isə İranın qonşusudur. Belə bir əmirliyi yaratdıqda İranın da bəzi bölgələrinə nəzər sala bilərlər.

Bütün dünya mediaları təsdiq edirlər ki, qafqazlılar, xüsusilə də çeçenlər döyüşkənlik və radikal düşüncələrinə görə İŞİD əməliyyatlarının əsas sütunları olublar. Onların çoxu İŞİD-in Suriyada məhv olması üçün göstərilən təzyiqlərdən sonra öz ölkələrinə qayıtdılar. Bəlkə də İslami Şura Məclisində və İmam Xomeyninin (r) məqbərəsində, habelə Əhvazda baş verən terror aktı çeçenlər vasitəsilə Suriyada əsas təlimlər almış İŞİD qalıqlarının əli ilə həyata keçdi.

Müxtəlif görüntülər, o cümlədən “Şam vaxtı ilə” filmi vasitəsilə İran əhalisinin təsəvvüründə yaranan terrorçular da əsli çeçen və qafqazlı olan İŞİD-in daş qəlbli komandiri Əbu Ömər Şişani, ya Tərxan Batiraşivilidir.

Bu arada diqqət etməli məsələ odur ki, bu günləri İslamda xəvaric təfəkkürünün yaranmasından əsrlər ötməsinə baxmayaraq, hələ də bu düşüncə bəzi dövrlərdə fəallaşır, tarixi cinayətlər törədir. Qafqaz regionu və Azərbaycan Respublikası ötən illər ərzində daim vəhabiliyin zəhərli təbliğ və ideologiyası qarşısında olduğu, neçə yüz İŞİD-çi Qafqaz əmirliyini diriltmək məqsədilə təlim gördüyü üçün hələ də onda vəhabilik radikalizminin fəaliyyətlərinə şərait vardır.

Azərbaycan Respublikası Təhlükəsizlik Xidməti dəfələrlə İŞİD-ə bağlı kiçik dəstələrin həbs edildiyini məlumat vermişdir. Bunula belə, bu ölkənin medialarının çoxu anti-şiə təbliğatı üzərində köklənmişdir. Bu məsələ səbəb olmuşdur ki, vəhabilərin Qafqazda və Azərbaycan Respublikasındakı fəaliyyətlərinin genişlənməsi üçün təhlükəsiz çərçivə yaransın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button