ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Abbas Hüseyn həbsxanada döyüldü

Siyasi məhbusa həbsxanada zor tətbiq edildiyi deyilir.

Bu barədə Operativ.tv-yə Abbas Hüseynin yaxınları məlumat veriblər.

Məlumatda vurğulanır ki, Abbas Hüseyn cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsində döyülüb.

“12 avqust günorta saatlarında Abbasın cəza çəkdiyi qapalı kameraya daxil olan bir neçə müəssisə işçisi ona qarşı zor işlədərək qollarını bağlamaq istəyiblər. Abbasın buna imkan vermədiyini görüncə isə ona qarşı fiziki zor işlədərək elə kamerada da onu döyüblər”, – deyə məlumatda vurğulanır.

Ailə üzvləri onun hansı səbəbdən və niyə təzyiqə məruz qalması haqqında heç bir məlumata malik olmadığını qeyd ediblər.

Lakin onlar ara-sıra təzyiqə məruz qalan Abbas Hüseynin növbəti dəfə işgəncələrə məruz qalmasını ona qarşı qanunsuz davranışlarla əlaqələndirirlər.

Xatırladaaq ki, A.Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsxanada işgəncələrə məruz qalması ilə bağlı bir neçə dəfə şikayətlər mətbuatda işıqlandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button