Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Abbas Hüseyn ciddi rejimli qapalı həbsxanaya qaytarılır.
Qafqaz.ir-nin məlumatına görə, Noyabrın 26-də yeddi illik qapalı ciddi rejimdə həbs həyatı yaşayan MBH üzvü Abbas Hüseyn qapalı rejimdən ümumi, ciddi rejimli həbsxanaya köçürülmüşdü. 7 saylı cəzaçəABBAkmə müəssisəsinə köçürülən gəncin vəkilinin söylədiyinə görə burada süni maneələr, onu münaqişəyə çəkəcək hadisələr planlı formada icra edilib. Yaradılan gərginlik isə Abbas Hüseyni yenidən qapalı rejimə qaytarılmağa hesablanıb.
Vəkil Fəxrəddin Mehdiyev aprelin 19-da müvəkkili ilə görüşdüyünü bildirib. O, Abbasla bağlı atılan addımların hələ araşdırma mərhələsində olduğu üçün onun qapalı rejimə göndərilmə cəhdini doğru hesab etmir. Bundan əlavə səhhətində ciddi problemlərin olduğu Abbas Hüseynin müalicəyə ehtiyacı olduğu halda onu müalicə mərkəzindən cəzaçəkmə müəssisəsinə göndərilməsini də mübahisələndirib.