ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn 7 saylı müəssisəyə köçürülüb

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Abbas Hüseyn noyabırın 26-da cəza çəkdiyi həbsxnadan köçürülüb. Operativtv.com-un məlumatına görə gənc fəal 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
26 noyabr 2015-ci ildə Nardaran hadisələri zamanı saxlanılan Abbas Hüseyn məhkəmənin qərarı ilə 20-il azdlıqdan məhrum edilir və cəzasının ilk 7 ilini o, Qobustan ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsinə göndərilir. Saxlanılan andan ona qarşı sərt davranışlar Abbas Hüseynin burada da dəfələrlə qeyri insani davranşlarla üzləşməsinə gətirib çıxarır. Onun müəssisədə işgəncələri uzun zaman hüquq müdafiəçilərinin araşdırma mövzusu olur. Həbsxana rəhbərliyinin ona qarşı sərt rəftarına Abbasın etiraz 2019-cu ilin yanvarında onun Qobustan həbsxanasından 8 saylı ciddi qapalı həbsxanaya cəzalanmaq üçün göndərilməsinə gətirib çıxarır. Burada da Abbasa fərqli davranış göstərilmir. Bir nəfərlik kamerada həbs həyatı yaşayan siyasi fəal dəfələrlə müxtəlif təzyiq və fiziki güclə üzləşir. Burada olduğu müddətdə Abbas Hüseyn hətta vərəm əleyhinə müəssisəyə qədər göndərilir. Bütün bunların ona qarşı siyasi təzyiq olması isə onun öz səsinin yayıldığı telefon danışığında əksini tapır. Əlbəttə, mübarizə ruhu dəyişməyən gənc bütün təzyiqlərə baxmayaraq öz amalında sabitliyini qoruyur.
Noyabırın 26-sı Abbas Hüseyn 7-illik ciddi rejimli cəzaçəkmə müəssisəsinin cəzasını başa vuraraq 7-saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, gənc fəal Abbas Hüseyn 2015-ci il 26 noyabırda Nardaranda keçirilən əməliyyat zamanı həbs olunur. İlkin zamanlar onun öldürülməsi ilə bağlı xəbərlər dolaşsa da, sonradan gəncin güllə yarası alaraq həbsxanaya yerləşdirildiyi məlum olur. Ciddi yaralanmasına baxmayaraq istintaq zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində amansız işgəncələrə məruz qalan A.Hüseyn məhkəmə zamanında ona edilən işgəncələrdən danışır və yalançı ittihamlarla barışmır. Bütünlükdə məhkəmənin  ittihamlarına sübutlar göstərməyə çalışan Hüseyni şahid qismində məhkəməyə gələn polis işçilərinin yalanlarını belə ifşa edə bilir. Bununla belə sifarişli məhkəmə 7 ili ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla siyasi məhbus Abbas Hüseyni 20 illik cəza ilə azadlıqdan məhrum edir. 
Hüququ müdafiəçiləri məhkəmədə sübutların yetərli olmaması səbəbindən cəzanı qeyri-qanuni hesab edirlər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button