Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Heydər Əliyev adına beynəlxalq hava limanında dörd avtomobil yanıb.
Hadisə hava limanının parkinqində baş verib. Yoldan keçənlərin yanğını söndürmə cəhdləri uğursuz qalıb.
Hava yolları üzrə təhlükəsizlik idarəsinin yanğınsöndürmə təşkilatı məmurlarının iştirakı ilə yanğın söndürülüb və onun digər avtomobillərə sirayət etməsinin qarşısı alınıb.