ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP jurnalist Əvəz Zeynallının həbsini pislədi

Azərbaycan İslam Partiyası tanınmış jurnalist Əvəz Zeynallını həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Tanınmış jurnalist Əvəz Zeynallının saxlanması və haqqında dörd aylıq həbsqətimkan tədbirinin seçilməsi çoxlarını narahat etmişdir. O, verilişlərində cəmiyyəti maraqlandıran bir çox məsələlərə obyektiv yanaşmaqla, haqsız yerə həbs olunan insanlar haqqında açıq fikir bildirməklə görünür bəzi dairələrin maraqlarının əksinə hərəkət edirdi. Əvəz Zeynallının son verilişlərinin birində sionist israil rejiminə barmaq silkələməsi, bu şər qövmünün təmsilçilərinin Azərbaycanla qonşu, qardaş İran İslam Respublikası arasında qarışıqlıq və ehtimadsızlıq yaratmaq cəhdini kəskin tənqid etməsi kimi hallar cəmiyyətdə onun həbsinə səbəb kimi qiymətləndirən fikirlər yayilmaqdadır. Belə çıxır ki, bəzi dairələrdə İsrailin toxunulmazlığı cəmiyyətimiz və mediamız üçün qırmızı xətt kimi qəbul edilir.

O da hər kəsə bəllidir ki, Əvəz Zeynallı vətənpərvər birisi olmaqla həm də ictimaiyətçidir. Ölkəmizin maraqlarını həmişə qoruyur. Onun həbsinin motivi isə hər kəsdə şübhə doğurur. Yəni Əvəz Zeynallı rüşvət almaqla günahlandırılır. Axı hansı ağılsız Əvəz Zeynallıya rüşvət verər və ya təklif edər. Heç o özü də heç kəsdən rüşvət alan deyil.

Biz Azərbaycan İslam Partiyası olaraq bu həbsi jurnalist Əvəz Zeynallıya qarşı bir haqsızlıq kimi qiymətləndirir, pisləyirik. Onun cəmiyyətimizə yararlı bir insan, həm də obyektiv bir jurnalist kimi dəyərləndirilməsini, baş verənlərin dəqiq hüquqi araşdırılmasını və tezliklə həbsdən azad edilməsini ən zəruri addım hesab edirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button