Bazar ertəsi Apellyasiya Məhkəməsi Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun həbsi ilə bağlı şikayəti təmin etməyib. Şikayət qanunsuz həbsin ləğvi və müxalifətçinin azad edilməsi tələbilə verilmişdi.
Qafqaz.ir / Vəkil Elçin Sadıqovun sözlərinə görə, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
Məhkəmədə iştirak edən müxalifətçi günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. O qeyd edib ki, həbsinin əsl səbəbi Facebook səhifəsində hakimiyyətin ünvanına tənqidi yazı dərc etməsidir.
Müsavat Partiyası sədrinin müavini və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.