Vaşinqton tərəfindən sərfəli təklif gəlsə, Ermənistan Amerika silahlarının alınmasını müzakirə edə bilər.
qafqaz.ir erməni KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan deyib.
“Hakimiyyət heç nə ilə məhdudlaşmayıb. Əgər sərfəli təklif olsa, biz müzakirə edəcəyik”, – o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl bu ölkəyə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevanda erməni hökumətinə Rusiya silahları əvəzinə Amerika silahlarını almağı təklif edib.