Şeir

Məhərrəmdə adın gəzir dillərdə

 

Məhərrəmdə adın gəzir dillərdə,
Günlərimiz keçir qəmlə kədərlə,

Gözəl siman, nurlu üzün qəlblərdə,
Sənsən bizim ümidimiz ya Huseyn!

Huseyn deyib düşdük cəmi yollara,
Lənət olsun sənə yonələn pis gözlərə,qollara,

Sənə aşiq, sənə möhtac qullara,
Dərdimizə loğman tək dəva sənsən ya Huseyn!

Kərbəlada axdı qanın ya Huseyn,
Heyif oldu gözel canın ya Huseyn

Əhli-Beytdir iftixarın ya Huseyn
Ağlar qaldı möminlərin can huseyn!
******************************
Varmı səndən əzəmətli bu dünyada bir insan,
Varmı səndən fəzilətli bu dünyada bir insan

Varmı səndən nure əxlaq bu dünyada bir insan,
Budur cavab: şəxsiyyətsən, sən böyüksən ya Huseyn!

Get Əbülfəz bu Hüseynə səni qurban elədim,
Bəslədim sərvi qəddün azimi meydan elədim!

BuHüseyn sifdi Nəbidir sən ona rəsmi qulam
Sənə rayət budu şahən şahi dövranı imam

Budur aləmlər içində səbəbi nəzmi-nizam
Bu Hüseynə səni mən xadimi dövran elədim

Mümkün olduqca gətir abi sərin xeymələrə
Ta ola bəlkə təsəlli hərəmi teşnələrə

Xidmət eylə nə qədər vardı canun nəcmlərə
Səni səqqayi Hüseyn höccəti Sübhan elədim

Əkbər üstə qənədün sərginən ey sərvi rəvan
Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan

Cən sənin can bu dilarami Hüsen teşnə ləban
Səni bu nəsli Əbul-Qasimə qurban elədim

Nadima eylə təvəccöh zübdeyi nasə müdam
Yazginən qisseyi dil sözünü qıl tasə müdam

Müşkül əmründə yapış daməni Əbbasə müdam
Ta şikayət eləmə ömrümü viran elədim.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button