qafqaz.ir FaktXəbər-dan verdiyi məlumata görə, ABŞ Konqresində erməni məsələləri üzrə komitənin həmsədri Frenk Pallone və konqresdə xarici əlaqələr üzrə komitə üzvü Tulsi Habbard işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Onları səfər zamanı Amerika Erməni Milli Komitəsinin sədri Raffi Ambaryan müşayət edib.
Amerikalı konqressmenlər Dağlıq Qarabağa qanunsuz səfər zamanı Şuşa və Xankəndi ilə yaxından tanış olublar.
Buna qədər sentyabrın 18-də konqressmen Devid Valadao da Dağlıq Qarabağa Azərbaycanın icazəsi olamadan səfər etmişdi.