ABŞ-ın ən böyük məktəblər şəbəkəsi olan “Mastery Charter Schools” müsəlman bayramlarında işləmәyəcəklər.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən məktəblərdə müsəlman bayramlarında qeyri-dərs günü olacaq. ABŞ-ın ən nüfuzlu məktəblərində bundan sonra Qurban və Ramazan bayramında qeyri-dərs günü olacaq. Məktəb rəhbərliyindən bəyan ediblər ki, bu addım bütün şəhər və ştatlar üçün siqnaldır.
Qeyd edək ki, bunula yanaşı Nyu-Yorkun dövlət məktəblərində də müsəlman bayramlarında qeyri-dərs günü olur.