AktualAktualIslamXəbər lentiXəbərlər

AİP funksionerləri Mövsüm Səmədovun yenidən `kars`a salınmasına etiraz etdi

Azərbaycan İslam Partiyasının (AİP) funksionerləri və Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvlərindən Hacı Sərdar Hacıhəsənli və Hacı Əli Behşiti AİP rəhbəri Mövsüm Səmədovun yenidən “kars”a salınmasına etiraz etmək, onunla  həmrəylik və həmdərdlik nümayiş etdirmək məqsədi ilə bu gün yenidən 12 saylı cəzaçəkmə müəssisəsində olublar.
Maide.az-ın məlumatına görə,  onları 12 saylı cəzaçəkmə müəssisəinin məsul şəxslərindən biri qarşılayıb. Hacı Mövsüm Səmədovun səhhətinin normal olduğunu bildiirb. Cəzaçəkmə müəssisəinin qarşısına toplaşan şəxslər Hacı Mövsüm Səmədova qarşı bu cür ağır cəza tədbirlərinin görülməsinə etirazlarını bildiriblər.
Qeyd edək ki,  Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov növbəti dəfə cəza kamerasına salınıb.
Xatırladaq ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verən neqativ halları mətbuata çıxardığına və orada cəza çəkən məhbuslar arasında əxlaqi dəyələri təbliğ etməsinə görə 12 saylı CÇM-nə köçürülmüşdü. Burada isə həbsxana rəhbərliyi tərəfindən iki dəfə ardıcıl olaraq “kars”a salınmışdı. Bu dəfəki kars cəzası isə artıq üçüncüdür.
Onu da qeyd edək ki, oktybar ayının 9-da  12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında məhkəmə Hacı Mövsüm Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb. Həmin gün ölkənin tanınmış siyasi-ictimai şəxsiyyətləri və ruhaniləri Mövsüm Səmədovla həmrəylik nümayiş etdirmək üçün 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında toplaşmışdı. /
(Xəbər yenilənəcək… şəkil arxivdəndir)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button