ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Taxıl və pambıq sahələri susuzluqdan yanır – Suvarmada növbəlilik ciddi narazılıq yaradır

Fermerlər taxıl sahələrini sulamağa su tapmadığını, dövlət qurumu isə hər şeyin qaydasında olduğunu iddia edir.
Sputnik. Bölgələrdə su qıtlığı əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb. Ötən gün Zərdabda 32 yaşlı kişi su probleminə görə intihara cəhd edib. Hadisə rayon su idarəsinin qarşısında qeydə alınıb. Rayonun Çallı kənd sakini Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, ağır dərəcəli yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Məlumata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı sahəsində pambıq əksə də, bir müddətdir su qıtlığına görə əkini suvara bilməyib. Onun məsul şəxslərə etdiyi müraciətlər cavabsız qaldığına görə intihar etmək qərarına gəlib.
Bərdənin Mustafa Ağalı kənd sakinləri də taxıl, bostan, yonca sahələrini suvara bilmirlər. Onlar bildirirlər ki, Qarabağ kanalında suyun səviyyəsi yetəri qədər olsa da, onların kəndinə verilən suyun miqdarı çox azdır. Bərdə Suvarma Sistemləri İdarəsindən isə bildiriblər ki, sakinlər suvarma üçün növbəlilik prinsipinə əməl etmirlər. Yonca sahəsi olanlar öz sahələrinin daha tez suvarılmasını tələb edirlər. İdarə rəhbərliyi isə taxıla gübrə verildiyindən, birinci taxıl sahələrinə suyun verilməli olduğunu düşünür.
Kənd sakinləri Rəhman Mahmudov, Marif Zeynalov isə deyib ki, taxıl sahəsinə gübrə verdikdən sonra taxılı sulamadıqlarından taxıl sahədəcə yanıb. Onlar iddia edirlər ki, kanalda su olsa da, taxıl sahələrini sulaya bilmirlər. Sakinlərin bildirdiyinə görə, Mustafa Ağalı kəndində 1800 hektar əkin sahəsi suvarılmadığından yanır.
qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button