AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Lahurda din və məzhəblərin nümayəndələri: Hüseyn(ə) hamınındır

Hinduizm,siqhizm, xristian və İslamın müxtəlif məzhəblərinin alimlərindən ibarət nümayəndələri öz çıxışlarında İmam Hüseynin (ə) hamıya aid olduğunu deyiblər.
Qafqaz Mədəniyyət Mərkəzi – Pakistanın Lahur şəhərində “Əfkari Hüseyniyyə” Fondunun təşəbbüsü ilə “Hüseyn (ə) hamınındır” adlı konfrans keçirilib. Konfransda hinduizm,siqhizm, xristian və İslamın müxtəlif məzhəblərinin alimləri iştirak ediblər.
Konfransın natiqlərindən olan “Saç” televiziya kanalının müdiri höccətül-islam Seyid İftixar Hüseyn Nəqəvi deyib: “Biz İmam Hüseynin (ə) qiyamına diqqət etsək, o həzrətin İslamı diriltmək və İslam hökmlərini həyata keçirmək, camiədə sülhə nail olmaq üçün qiyam etdiyini görərik”.
O əlavə edib: “İmam Hüseyn (ə) Yezidin zülmü əleyhinə qiyama qalxdı və bu böyük qiyam o həzrətin övladı İmam Zamanın (əc) zühuru ilə təkmilləşəcək”.
“İslam İnqilabı İmam Hüseyn (ə) yolunun davamıdır və zamanın yezidləri hər gün inqilab və Sahibi-Əsrin (ə) haqq naibi həzrət Ayətullah Xameneiyə qarşı məkirli planlar cızırlar”-deyə, Seyid İftixar vurğulayıb.
Pakistanın əhli-sünnə alimlərindən olan Mövləvi Müfti Məhəmməd İmran İmam Hüseyn (ə) haqqında fikirlərini bölüşərək deyib: “Dünya müsəlmanlarının çoxu Əhli-Beyt (ə) aşiqləridir. Bir dəstə yolunu azmışlar isə din və İslam adı ilə düşüncəsiz olaraq İslam düşmənləri ilə bir sırada dayanaraq İslam və müsəlmanlara qarşı çıxıblar. Biz düşüncəsiz qrupları xalqa tanıtdırmalıyıq”.
O vurğulayıb: “İmam Hüseynin (ə) qiyamının hədəflərini açıqlamaq alimlərin vəzifəsidir. Xalq İmam Hüseynin (ə) qiyamının mahiyyətini anlayarsa, onların arasında heç vaxt ixtilaf yaranmaz, hamı hidayət çırağının və nicat gəmisinin ətrafına toplaşar”.
Konfransın digər natiqlərindən olan Pakistanda hinduizm ardıcıllarının rəhbəri Pendit Bahget Lal Kahukahar deyib: “Hüseyn (ə) təkcə müsəlmanların deyil. Hüseyn (ə) bütün bəşəriyyətindir. Bütün azadfikirlilər və azadlıqsevərlər Hüseyndən (ə) dərs alıblar”.
Siqhizm məktəbinin rəhbərlərindən olan və Pakistan Siqhizm Rəhbərlər Şurasının üzvü Sərdar Kopal Seyng deyib: “Bütün dünyanın ixtixar etdiyi bir şəxsiyyətə aid olunmuş konfransda çıxış etdiyim üçün iftixar edirəm. Mən Hüseynin (ə) müridiyəm. Hüseyn (ə) və Kərbəla qiyamı haqqında danışanda bəziləri mənim müsəlman olduğumu düşünürlər”.
Siqhizm Rəhbərlər Şurasının üzvü çıxışının davamında deyib: “Siqhizm dininin ardıcılı kimi Hüseyn (ə) məclisində iştirak edirəm. Çünki Hüseyndən (ə) və Hüseynin (ə) qiyamından çox şeylər öyrənmişəm. İmam Hüseyn (ə) bəşəriyyətin fəxridir”.
Konfransda Lahurlu yazıçı Salman Baqir “İmam Hüseyn (ə) qeyri-islami camiənin qəhrəmanı” adlı məqaləsini təqdim edib. O deyib: “Pakistanda hətta qeyri-islami din və məzhəblər də İmam Hüseyni (ə) özlərinin qəhrəmanı kimi tanıyırlar”.
O, çıxışının davamında Pakistanın dağlıq ərazilərində yaşayan Makedoniyalı İsgəndərin məzhəbinin davamçılarının İmam Hüseyn (ə) haqqında görüşlərinə də işarə edərək deyib: “Bu məzhəbin ardıcılları müsəlman deyillər. Amma bu xalq övladlarına “Hüseyn” adı verirlər. Bu məsələ bəşər camiəsinin İmam Hüseynə (ə) dərin sevgisini göstərir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button