ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nasir Kənani: İki ölkənin mənafeyinə uyğyn olmayan addımlardan çəkinmək lazımdır

 Nasir Kənani Tehranda keçirdiyi brifinqdə dörd azərbaycanlı diplomatın İrandan qovulması ilə bağlı suala cavab olaraq deyib: “Azərbaycan hökumətinin qeyri-konstruktiv hərəkəti çərçivəsində İran tərəfi dörd azərbaycanlı diplomatı yəni Tehrandakı səfirliyin iki əməkdaşını və Təbrizdəki konsulluğun iki əməkdaşını dərhal ölkədən çıxardı.”
O sonra əlavə edib: “Azərbaycanla əlaqələrə dair fikirləri açıq şəkildə bildirdik. İki xalq arasında münasibətlərin qırılmaz, mədəni və tarixi dərinliyə malik olduğunu və hər iki ölkənin mənafeyinə uyğun olmayan addımların atılmaması və əks-mövqelər tutulmamasını, əksinə, bunun gərginlik yaratmaq istəyən tərəflərin maraqlarına xidmət ediyini vurğuladıq.”
İran və Azərbaycan arasında mübahisəli məsələlərə, xüsusən də Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı məsələyə gəldikdə, Kənani qeyd edib ki, rəsmi Tehran məsələnin diplomatik həllinə geniş imkan yaratmağa hazırdır. “Tribunaların arxasından birtərəfli və qeyri-dəqiq hekayətlər onların doğruluğuna dəlalət etmir. Biz imkan verməliyik ki, müzakirələr müəyyən edilmiş çərçivədə olsun. Bizim diqqətimiz mehriban qonşuluq münasibətlərinin saxlanmasına yönəlib və iki ölkə arasında münasibətlərdə gərginlik yaratmaq istəyən tərəflərin sui-istifadəsinə yol verməməliyik”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button