ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

İran Azərbaycandan olan turistlərə xüsusi güzəştlər edəcək

İran İslam Respublikası mədəni irs və turizm nazirinin müavini deyib: Azərbaycandan olan turistlər üçün daha çox güzəştlərin tətbiq edilməsinə qərar vermişik.

İranın mədəni irs və turizm nazirinin müavini Əliəsgər Şalbafian Mazandaran əyalətinin Sari şəhərində “Sari 2022” adlı turizm tədbiri çərçivəsində Azərbaycan Respublikasının APA xəbər agentliyinin müxbirinə açıqlamasında deyib ki, belə tədbirlərin keçirilməsində məqsəd İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşlarının bir-birinin turizm bölgələri ilə yaxından tanış olması və səfərlərinin asanlaşdırılması məqsədilə baş tutur.

İranın azərbaycanlı turistlərlə bağlı proqramlarından danışan Şalbafian qeyd edib ki, İran Azərbaycandan olan turistlər üçün xüsusi güzəştli proqramı hazırlayır.

“Azərbaycan vətəndaşlarının İranda müalicə xidmətlərindən bəhrələnməsi, turizm bölgələrinə və ziyarətgahlara səfərlərinin təşkili bu proqramda yer alıb. Həmin səfərlərin təşkilinin asanlaşdırılması üçün çalışırıq”.

O, İran və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi zərurətini vurğulayıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button