ArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müsəlman ölkələrində Beynəlxalq Qüds günü ilə bağlı aksiya və tədbirlər keçirilir (FOTO)

 

 Bu gün dünyanın müxtəlif bölgələri Ramazan ayının son cüməsinə təsadüf edən Beynəlxalq Qüds günü ilə bağlı aksiya, mitinq və digər növ tədbirlərin və mərasimlərin şahididir.

 artıq Yəməndə, İraq, Pakistan, İran, Bəhreyn, İndoneziya, Malayziya və sair müsəlman ölkələrində Beynəlxalq Qüds günü tədbirlərinə start verilib.

İslam dünyasının şərqində yerləşən ölkələrdə də bu əlamətdar günlə bağlı tədbirlər nəzərdə tutulub.

İranın bütün bölgələri bu gün yerli vaxtla səhər saat 10.00-dan başlayaraq Qüds günü aksiyalarının şahididir.

Ötən gecədən başlayaraq Bəhreynin paytaxtı Mənamə də daxil olmaqla fərqli bölgələr bu əlamətdar günlə bağlı aksiya və tədbirlərə şahidlik edib.

Eləcə də ötən gün Bakıda yerləşən Şəhriyar mədəniyyət evində Beynəlxalq Qüds günü ilə bağlı tədbir keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button