AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Mühəqqiq Ərdəbili Universitetində Nardaran şəhidlərinin birinci ildönümü mərasimi keçirildi

Nardaran şəhidlərinin birinci ildönümü mərasimində cənab Qazidehi dedi: “Kommunistlər Azərbaycanın müsəlman xalqına qarşı etdikləri bütün diktatorluqları ilə bu xalqı öz dinindən ayıra bilmədi. Azərbaycan dövləti də bu xalqı İmam Hüseyndən (ə) və Aşuradan ayıra bilməyəcək”.

Qafqaz Mədəniyyət Mərkəzi – Nardaran şəhidlərinin birinci ildönümü mərasimi Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Mühəqqiq Ərdəbili Universitetində müəllimləriin və tələbələrin iştirak ilə keçirildi.

Mərasimin natiqi Məhəmməd Qazipur İran və Azərbaycan Respublikası arasında tarixi və dini ortaqlıqlara toxunaraq dedi: “Kommunistlər 70 illik hökumətlikləri boyu Azərbaycanın müsəlman xalqının dini ilə mübarizə apardı. Ancaq bu xalqın dinə bağlılığını zərrə qədər də azalda bilmədi. Azərbaycan dövləti də bu ölkənin mömiin xalqını Əhli-beytdən (ə) və dini etiqadlarından uzaqlaşdıra bilməyəcək. Biz Azərbaycan dövlətinə tövsiyə edirik ki, şiələrin potensiallarından işğal olunmuş ərazilərinizi azad etmək üçün faydalansın”.

Natiq çıxışının davamında ötən il Nardaranda baş vermiş hadisəyə toxunaraq dedi: “Azərbaycanın mərkəzi dövləti ötən il baş vermiş hadisəni bir xəbərdarlıqla da idarə edə bilərdi. Ancaq bir neçə amil birləşərək Azərbaycan dövlətini bu məsələ ilə şiddətli qarşılaşmasına yönəltdilər, bu hərəkəti terrorçu hərəkət və dövlət əleyhinə çevriliş adlandırdılar. Ötən il baş verən Nardaran hadisəsini daha yaxşı başa düşmək üçün aşağıdakı dörd mövzuya diqqət etmək lazımıdır:

  1. Nardaran məntəqəsini tanımaq
  2. “Müsəlman Birliyi Hərəkatı”nın sədriHacı Tale Bağırzadəni tanımaq
  3. Azərbaycanın mərkəzi hakimiyyətini tanımaq
  4. Azərbaycandakı dini qurumları tanımaq

Nardaran, Bakının 25 km-də yerləşən bir məntəqədir. Onun 9000-əyaxın əhalisi vardır. Bu məntəqə Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk vaxtlardan mərkəzi hökumətin qəzəbinə düçar olmuş və bütün imkanlardan məhrum edilmişdir. Burada çoxlu əhali yaşamasına baxmayaraq hələ də Nardaran məntəqəsinə “kənd” deyilir. Heydər Əliyev hökumət başına gəldikdən sonra Nardaran ən adi rifah və məişət ehtiyaclarından da məhrum edilmişdir və hələ də qədim üsulla idarə olunur.

Tarixi və elmi mənbələrə diqqət etməklə Nardaranın adı “nurdaran” sözündən götürülmüşdür. Bəziləri də deyiblər ki, bu məntəqədə çoxlu nar ağacları olmuşdur və Nardaran adlanmasının səbəbi də ona görədir. Əlbəttə, bu düzgün deyil və bu iddia ümumi fikri Nardaranın həqiqətindən yayındırmaq üçün ortaya atılmışdır.

Bu məntəqənin əhalisi sadiq və doğruçu möminlərdir, kommunistlərin 70 illik repressiya hökuməti dövründə də öz etiqadlarını qoruyub saxlayıblar. Ona görə də bu yerin adı “nurdaran” sözündən alınması daha çox düzgünlüyə yaxındır.

Nardaranın iftixarı burada dəfn olunmuş İmam Musa Kazimin (ə) qızı və Əli ibn Musər-Rzanın (ə) bacısı Bibi Rəhimə Xatunun vücudu ilədir”.

Aran radiosunun Xaricə Yayım bölməsinin direktoru daha sonra dedi: “Nardaranı digər məntəqələrdən seçən və ona üstünlük verən məsələlərdən biri də buranın əhalisinin dini inanclarıdır. Hələ qədim dövrlərdən Rəhimə Xatun hərəmində geniş şəkildə Məhərrəm və Səfər əzadarlıqları keçirilmiş və Azərbaycanın hər bir bölgəsindən əhali əzadarlıq etmək üçün bu məntəqəyə toplaşmışdır. Stalin dövründə hökumət bütün dini təzahürlər qadağan etmişdi. Ancaq Nardaran əhalisinin matəm mərasiminin qarşısını ala bilmədi”.

Mərasimin natiqi çıxışının digər hissəsində Azərbaycan İslam Partiyasının yaradıcısı məhrum Hacı Əlikram Əliyevdən bir xatirəyə işarə edərək dedi: “Hacı Əlikram Əliyev deyirdi ki, 1937-ci ildə və Stalinin dövründə Qafqazın bir çox alim və ruhanilərini Stalinin göstərişi ilə qətlə yetirdilər. Onlardan çoxu Nəcəf elmi hövzəsində təhsil almışdı. Həmin il “qətl ili” adlandı. Biz İmam Hüseyn (ə) matəmini davam etdirmək üçün musiqi alətləri götürərək toy adı ilə hər gün bir nəfərin evinə toplaşırdıq. Küçələrin başında gözətçi qoyurduq ki, kimsə gələrsə, bizə xəbər versin. Beləliklə, matəm saxlayırdıq. Əgər Stalinin məmurları gəlsəydi matəm məclisini saxlayır və musiqi alətlərini onlara göstərirdik.

Aşura ədəbiyyatı və şeri mövzusunda da Nardaranın əhəmiyyətli rolu olmuşdur. Hacı Şeyx Əli Tuti Sovetlər Birliyinin dağılmasından öncə Aşura ədəbiyyatını dirçəldən şəxsiyyətlərdən olmuşdur. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanın qəzəlşünas şairi mərhum Mail Əliyev və Hacı Ələmdar Mahir Azərbaycan ədəbiyyatında intizar və məhdəviyyət şerinin əsasını qoymuş və intizar barədə dərin və dəyərli şerləri yazmışlar”.

Məhəmməd Qazipur sonra dedi: “Azərbaycanın şiə kimliyi vardır və olacaq. İstər İranın bir hissəsi olduğu zaman, istərsə də İrandan ayrıldığı zaman bu kimlik davam edir. İranda İslam inqilabının qələbəsi və İmam Xomeyninin (rh) İrana daxil olmasından sonra İmam Xomeyniyə (ə) öz sevgilərini nümayiş etdirənlər və ona təqlid edənlər Nardaranda özünü göstərdi. Bu müqəllidlər özlərinin bütün işlərini bizim ölkəmizin şəraiti ilə uyğunlaşdırırdılar. Nardaran əhalisinin maddi və nəqd köməklərini gizli şəkildə bizim ölkəmizin səfirinə təhvil verirdilər. Azərbaycanın müsəlman xalqı İran İslam inqilabından örnək götürərək İslam Partiyası yaratdılar. Bu partiya Azərbaycanda ilk müstəqil dini bir partiyadır və ölkə şiələri onu dəstəkləyir. İslam Partiyası Qarabağ məsələsində ən çox xidməti olan bir partiyadır”.

Qazidehi daha sonra dedi: “Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Amerikanın bir qrup məsləhətçisi və siyasətçisi Azərbaycanda iştirak etmək, bu ölkəyə necə kömək etməyin mümkün olduğunu araşdırmaq məqsədilə Bakıya gəldi, bu ölkənin bütün siyasi partiyaları, fəal təşkilatları ilə görüşdü. Bu qrup İslam Partiyasının ofisinə gəlir və orada İmam Xomeyninin (ə) şəkilini, İmam Hüseyn (ə) bayrağını, dini simvolları gördükdən sonra Amerikanın Azərbaycan Respublikası ilə əməkdaşlıq etməsi üçün İslam Partiyasının ləğv edilməsini şərt qoyurlar”.

Aran radiosunun Xaricə Yayım bölməsinin direktoru nitqini davam edərək dedi: “İkinci məsələ “Müsəlman Birliyi Hərəkatı”nın sədri Hacı Tale Bağırzadəni tanımaqdır. Hacı Tale Azərbaycanın gənc ruhanilərindəndir. O, Qum elmi hövzəsində təhsil almış və iki il də Nəcəf elmi hövzəndə təhsilini davam etdirmişdir. Bakı dövlətinin hicabı qadağan etməsindən sonra Azərbaycana qayıtmış və doktor Mövsüm Səmədov kimi o da hicab qadağasına qarşı çıxaraq hökumətə etirazını bildirmişdir. Hacı Tale hicab qadağasına etiraz etdiyi üçün həbs olunmuş və iki il azadlıqdan məhrum edilmişdir. Həbsdən azad olduqdan sonra yenə öz fəaliyyətlərini davam etdirmişdir. Həzrət Ayətullah əl-üzma Nuri Həmədani Azərbaycan Respublikasına səfər etdikdən sonra bu ölkənin şiələri geniş şəkildə onu qarşıladılar. Hacı Tale də Ayətullah Nuri Həmədaninin görüşünə gedir və onun əlindən öpür. O, bu görüşdə Ayətullah Nuri Həmədanidən xahiş edir ki, hicab məhbuslarının azad olunması üçün köməklik göstərsin. Bu hadisə və Ayətullah Nuri Həmədaninin səfəri ölkə mediasında geniş şəkildə işıqlandırıldıqdan sonra bəzi medialar Hacı Tale İran İslam Respublikasının casusu adlandırır.

Hacı Tale həbsdən azad edildikdən sonra “Müsəlman Birliyi Hərəkatı”nı təsis etdi. Bu birliyin bariz bir səciyyəsi var idi və o da şiə və əhli-sünnənin vəhdətindən ibarət idi.Bu arada onu bir neçə dəfə polis idarəsinə çağırmış və dindirmişdilər. Çox keçmədi ki, Nardaran hadisəsi baş verdi. Bu hadisədən bir il ötməsinə baxmayaraq hələ də onun  barəsində heç bir hökm çıxarılmayıb.

Üçüncü məsələ Azərbaycan Respublikasının hakimiyyətidir. Azərbaycan, İran ərazisinin bir hissəsi olmuşdur, Gülüstan və Türkmənçay müqavilələrindən sonra İrandan ayrı düşdü. SSRİ-nin parçalanmasından və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra indiyə kimi bu ölkədə dörd prezident hakimiyyətə gəlmişdir; Ayaz Mübəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev. Ayaz Mütəllibov təqribən bir il hökumət başında oldu və o dövrdə müstəqillikdən sonra lazım olan işlərlə məşğul oldu. Sonra Xocalı hadisəsi baş verdi. Bu hadisənin ardınca Ayaz Mütəllibov Rusiyaya qaçdı və Əbülfəz Elçibəy Osmanlı dövlətinin dəstəyi ilə hakimiyyətə gəldi.Elçibəy pantürk meyilli idi və İranla bərk müxalifət etdi. Nəhayət, Heydər Əliyev hakimiyyətə gəldi. O, ilk illərdə öz hakimiyyətini möhkəmləndirmək üçün İranla yaxşı münasibətlər qurdu və İslam Partiyası ilə də işi olmadı. Ancaq Amerikadan gəlmiş siyasi heyətlə görüşdükdən və onlardan göstəriş aldıqdan sonra müxtəlif əsassız bəhanələrlə İslam Partiyası ilə qarşılaşmağa başladı. İlham Əliyev də hakimiyyətə gələndən sonra qərb ölkələri və sionist rejimə verdiyi öhdəliyə görə bu prosesi davam etdirir. Hicab qadağası, Eurovision pozğun müsabiqəsi, məscidlərin dağıdılması bu proses çərçivəsindədir.

Dördüncü məsələ Azərbaycan Respublikasının dini qurumlarıdır. Azərbaycanda iki dini qurum fəaliyyət göstərir. Onlardan biri dövlət qurumu, biri isə xalq qurumudur. Bu məntəqədə Müsəlmanlar İdarəsi təşkil olunan zamandan indiyədək Allaşükür Paşazadə bu idarənin on ikinci şeyxülislamıdır. Bu idarənin ofisi Bakı şəhərində yerləşir. Allaşükür Paşazadə hakim ailənin qorunması üçün bütün təlaşını göstərmişdir. Bu proqram çərçivəsində dövlətin bütün hərəkətlərini dəstəkləmişdir. Nümunə olaraq Hacı Taleyi xarici ölkələrin casusu kimi tanıtmasını göstərmək olar. İkinci dini qurum Heydər Əliyevin dönəmində yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu komitənin mahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə təzyiq göstərməkdən ibarətdir ki, əgər QMİ dövlətin göstərişlərindən boyun qaçırarsa, sözü gedən komitə dini işləri öz nəzarətinə alsın.

Amma görəsən nə üçün Nardaran hadisəsində dövlət xalqla bu qədər bərk və hiddətlə qarşılaşdı? Bunun cavabında demək olar ki, bu dövlət hər hansı bir hərəkatın onun hakimiyyəti təhlükəsi olmadığı təqdirdə onunla işi yoxdur. Nurçular, vəhabilər, talışlar və digərləri bu cümlədəndir. İkinci nöqtə Azərbaycan hakimiyyətinin strukturunda müxtəlif lobbilərin olmasıdır. Paşayevlər ailəsinin lobbiləri Mehriban Əliyevanın hamisi, naxçıvanlılar lobbiləri İlham Əliyev ailəsinin hamisidir. Qərb lobbiləri də Ramiz Mehdiyev vasitəsilə idarə olunur. Təəssüflər olsun ki, bu lobbilər arasında islamçıların heç bir rolu yoxdur.

Üçüncü səbəb gənc nəslin dinə təmayülüdür. Bunun bariz nümunəsini ötən il və bu ilin Tasua və Aşura günlərində müşahidə olundu.

Dördüncü səbəb isə bu ölkədə ağır xərclər bahasına başa gələn olimpiya oyunlarının keçirilməsi, Eurovision müsabiqəsinin təşkili və bunun ardınca neftin qiymətinin düşməsi, ölkənin böhranlı duruma düşməsidir. Böhranla üzləşmiş dövlət bundan yaxa qurtarmaq üçün işçiləri işdən çıxarmağa, maaşları azaltmağa başladı. Bu da xalqın narazılığına səbəb oldu və xalq dövlətə etiraz etdi. Dövlət etirazları yatırmaq və xalqın ümumi fikrini əsas mövzudan yayındırmaq məqsədilə Nardaran hadisəsini yaratdı və bununla da birincisi, özünün əsas düşmənləri olan Azərbaycan şiələrini əzdi, ikincisi onları əzməklə digər müxaliflərinə özünü göstərdi, üçüncü məqsədi isə ölkənin konstitusiyasında dəyişiklik etmək və referendum təşkil etməklə əliyevlər hakimiyyətinin davamına zəmin yaratmaq idi.

photo_2016-11-29_20-48-36 photo_2016-11-29_20-48-28 photo_2016-11-29_20-48-15 photo_2016-11-29_20-48-02 dscf4257 dscf4246 dscf4247 dscf4248 dscf4254 dscf4255 dscf4245 dscf4244 dscf4243 dscf4241

همایش "از کربلا تا نارداران" در دانشگاه محقق اردبیلی برگزار شد

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button