ArxivFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qafqaz.ir-nin TURAN-a istinadən verdiyi məlumata görə,hələ saat 15:00-a planlaşdırılan aksiya başlanmadan öncə təşkilatçılar – gənc fəallar İlkin Rüstəmzadə və Mete Tükrsoy saxlanılıblar.

Saat 15.00-a yaxın polis “Saleh bəyə azadlıq!”, “Saleh bəyi öldürmə, azad et!» şüarlarını səsləndirənlərin hamısını saxlamağa başlayıb.

Təxminən 20-25 nəfər saxlanılıb. Saxlanılanlar arasında Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, onun qızı Nigar Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Dilarə Miriyeva və başqaları var.

Aksiyadan əvvəl  təşkilatçılar onun qətnaməsini yayıblar.

Sənəddə “26 gündür aclıq edən Saleh Rüstəmlinin azad edilməsi” ilə bağlı təlblər var.

“Biz hesab edirik ki, Saleh bəyin həbsi siyasi sifariş və siyasi qərəzlilik əsasında həyata keçirilib. Hökumət heç bir halda güc strukturlarının səlahiyyətlərindən öz rəqiblərinə qarşı konstitusiyaya zidd şəkildə istifadə etməməlidir”, – qətnamədə  deyilir.

Sonra Rüstəmlinin “kritik vəziyyətdə” olduğu qeyd edilir.

“Bu gün azad edilməsə, sabah gec ola bilər”, – məlumatda deyilir.

“Siyasi motivlərlə həbs edilmiş şəxsin aclıq nəticəsində ölümü hökumət üçün ağır yük olacaq. Biz vicdanlı vətəndaşlar olaraq Saleh Rüstəmlinin dərhal azadlığa buraxılmasını tələb edirik”, – qətnamədə bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azaldığa buraxılması  tələbilə müddətsiz aclıq edir.

 

Teqlər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button