ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Xəzər Dənizində baş vermis partlayış barədə rəsmi açıqlama ictimaiyyəti qane etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, Bakının cənub hissəsində Bulla dəniz sahəsində baş verən partlayışı palçıq vulkanın püskürməsi ilə əlaqələndirmək üçün bütün dövlət orqanları  və rəsmilər fəaliyyətdədirlər.

Hərəkat sədri fikrini belə izah edib ki, əvvəlcə SOCAR adından, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən məlumat  yayıldı ki, palçıq vulkanı püskürüb.  Amma, baş verən partlayış və sonra da alovlanan məşəl o qədər güclü və hündür olub ki, onu nəinki Bakıdan, hətta yaxın rayonlardan da müşahidə etmək mümkündür. Odur ki, palçıq vulkanı izahatı inandırıcı görsənmir.

İqtisadçı sonda Tarif Şurasının da bostanına daş atıb.”Əsas odur ki, ölüm-itim olmasın, yanan qaz-neft olsun, pulunu gec də olsa əhalidən çıxaracaqlar”- deyə Qubad İbadoğlu bildirib.

Tanınmış journalist Aygün Muradxanlının isə mövqeyi maraqlı olub. O, feysbuk üzərindən yazıb: “Palçıq vulkanı” xəbərini sildi SOCAR. Neftçi ailələri həyəcan içindədir. Videolardan yüksək alov aydın görünür. Çıxıb adam kimi açıqlama vermək yerinə milləti ələ salırlar!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button