AktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

15000 nəfər Ərbəin zəvvarı Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub

Astara şəhərinin fərmandarı deyib: Ərbəin ziyarətində iştirak etmək üçün indiyədək 15000xarici zəvvar İran və Azərbaycan arasında yerləşən Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub.

Qafqaz Həqiqətləri – Bu gün jurnalistlərə açıqlama verən Astara fərmandarı Həsən Restəmzad deyib: “Astara sərhədindən alınan statistikaya görə, Ərbəin ziyarətində iştirak etmək üçün indiyədək 5200 xarici zəvvar İran və Azərbaycan arasında yerləşən Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub.

Bu zəvvarlar 260 avtobus, 30 minik avtomobili və 80mikroavtobus vasitəsilə İrana daxil olublar.”

Fərmandar səlahiyyətli icra aparatlarının xarici zəvvarları yaxşı qarşılamasına işarə edərək deyib: “Xarici zəvvarları qarşılamaq, onları yerbəyer etmək Gilan Ərbəin İdarəsi, Astara Fərmandarlığı, Xeyriyyə İşləri və Vəqfləri İdarəsi və bir sıra ictimai təşkilatların öhdəsinə qoyulmuşdur.”

  1. Rüstəmzad xarici zəvvarların təhlükəsizliyini qoruduğu və nizam-intizam yaratdıqları üçün hüquq-mühafizə və sərhəd qüvvələrinə, İmam Zaman (əc) adsız əsgərlərinə, Sepah qüvvələrinə minnətdarlığını bildirib.

Zəvvarlar qayıdarkən onların yola salınması proqramlarına da toxunan fərmandar deyib: “Astaranın İmamzadə Haşim və İmamzadə Qasim komplekslərində mokəblər nəzərdə tutulmuşdur və zəvvarlar qayıdarkən bu mokəblərdə onlara xidmət göstəriləcək.”

İmam Hüseyn (ə) sayəsində xalqlar arasındakı dostluq və qardaşlığın bu günlərdə daha aşkar müşahidə olunduğunu diqqətə çəkən fərmandar deyib: “Dünyanın müxtəlif ölkələrindən olan azadlıqsevərlərin hamısı İmam Hüseyn (ə) ətrafında toplaşması, eşq diyarına yola düşməsi vəsfolunmazdır.”

  1. Rüstəmzad Astara mokəblərinin xidmətçilərinə də öz minnətdarlığını bildirərək deyib: “Xarici zəvvarlar Kərbəladan qayıdarkən onları qarşılamaq böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə bütün bütün səyimizlə çalışacağıq.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button