ArxivIslamXəbər lentiXəbərlər

Moskvada həzrət Həmzənin (ə) şəhadət günü qeyd edilib

 Moskvada Məhəmməd peyğəmbərin (s) əmisi həzrət Həmzənin (ə) şəhadət günü qeyd edilib.

mərasimdə ayətullah seyyid Əli Sistaninin Rusiya və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi şeyx Məhəmməd Mosuli, “Əhli-Beyt” islam cəmiyyətinin sədri Nizami Baloğlanov, möminlər, o cümlədən digər dinlərin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər həzrət Həmzənin (ə) islam dinini qəbul etməsi, Məhəmməd peyğəmbərin (s) peyğəmbərliyini tanıması, döyüşlərdə iştirakı və şəhid olması haqqında ətraflı məlumat veriblər.

Çıxış edənlər, həmçinin müasir dövrdə islam həqiqətləri, İŞİD kimi terror təşkilatlarının islama ləkə olması və islam dininin dünyada yüksəlişindən bəhs edən mövzulara toxunublar. Tədbirin sonunda həzrət Həmzənin (ə) döyüşlərdəki şücaətindən bəhs edən film nümayiş olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button