ArxivXəbər lentiXəbərlər

Səlahəddin Dəmirtaş Türkiyə dövlətinə xəbərdarlıq etdi

Xalqların Demokratik Partiyasının sədri deyib: Əgər Türkiyə dövləti terrorçuların önünü kəsməzsə, heç şübhəsiz onlar Parlament binasını partladacaq və ya paytaxtı təyyarə ilə bombalayacaqlar.

Rusiya Əl-Yəum informasiya kanalı məlumat verir: Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirtaş Türkiyə hökumətindən ölkənin terrorçulardan və onları himayə edənlərdən təmizlənməsi istiqamətində ciddi addımlar atmasını istədi. Dəmirtaş Türkiyə dövlətinin bu xüsusda uğursuzluqlarına işarə edərək, terrorizmin kökü kəsilmədiyi zamana kimi, ölkədə terror aktlarının davam edəcəyi barədə xəbərdarlıq edib.

Xalqların Demokratik Partiyasının sədri həmçinin deyib: Əgər baş nazir Binali Yıldırım özünü demokratik qrupun bir parçası hesab edirsə, ölkəni terrorçulardan təmizləməlidir. Əgər Qazıantəpdə bir yeniyetmə özünü partladırsa, aydın məsələdir ki, bu onun öz qərarı deyil. Çünki, bir uşaq və ya bir yeni yetmə başqalarının köməyi olmadan belə bir qərar qəbul edə bilməz. Əgər dövlət bu kimi hərəkətlərin qarşısını almazsa, yəqin ki, onlar Türkiyə Parlamentini partladacaqlar və ya paytaxtı təyyarə ilə bombardman edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button