ArxivXəbər lentiXəbərlər

Bakılı məşhur Ermənistan müxalifətinə yardım göndərdi

Ermənistan müxalifətinin lideri, “Çıxış” blokundan olan deputat Nikol Paşinyan “Facebook” hesabında hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib.
qafqaz.ir Qaynarinfo-a istinada gore  xəbər verir ki, məşhur şahmatçı Harri Kasparovunda adı var. O, etiraz hərəkatına 10.000 dram (təxminən 20 dollar) pul ayırıb.
Qeyd edək ki, Paşinyan aprelin 10-dan 23-dək olan müddət ərzində hərəkatra ümumilikdə 7.769.800 dram (təxminən 16 000 dollar) yardım edildiyini açıqlayıb.
Onu da qeyd edək ki, Harri Kasparov 1963-cü ilin 13 aprelində Bakıda dünyaya gəlib. Atası Kim Moiseyeviç Vaynşteynmilliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.
Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button