ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“300 manatla əlilliyi olan şəxs necə yaşasın?”

Beynəlxalq Əlillər Günü ilə bağlı “Əlilliyi olan şəxslər və inklüziv əmək bazarı” mövzusunda konfrans keçirilib. Əlilliyi olanların hüquqlarını müdafiə edən Məhəmməd Kekalov yada salır ki, qanuna görə əlilliyi olanların işlə təmin olunması üçün bəzi müəssisələrdə kvota ayrılıb, amma praktikada işə götürənlər kiçik məbləğdə cərimə ödəməklə bu məsuliyyətdən azad ola bilir.
Sosial sahibkarlıqla məşğul olan Kəmalə Sultan müəllimlik üzrə təhsil almasına baxmayaraq, təhsil müəssisələrində əlilliyi olan şəxslər üçün infrastruktur qurulmadığından öz ixtisası üzrə işləyə bilməyib.
Məhəmməd Kekalov həmçinin bildirir ki, əlilliyi olanlar işlə təmin olunmasa, dövlətin pensiyasının ümidinə qalır. Bu da ehtiyaclarını qarşılamaq üçün yetərli olmur.
Rəsmi statistikaya əsasən Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var. Məhəmməd Kekalov hesab edir ki, bu rəqəm pensiya alanların sayına görə müəyyənləşir. Reallıqda isə ölkədə əlilliyi olan şəxslərin sayı rəsmi statistikadan çoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button