ArxivXəbər lentiXəbərlər

Çeçenistanın paytaxtı Qroznıda partlayış baş verib

Polis əməkdaşları cinayətkarların Qroznıya girməsinə icazə verməyib.

qfqaz.ir- rus mediasına istinadən xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən nəzarət keçid məntəqəsində baş verən partlayış nəticəsində 6 polis əməkdaşı xəsarət alıb.“Polis əməkdaşları cinayətkarların Qroznıya girməsinə icazə verməyib. Bu gün Qroznının kənarında yerləşən “138” nəzarət-keçid məntəqəsində polis əməkdaşları üzərlərində qumbara və partlayıcı maddələri olan iki silahlı şəxsin şəhərə girmələrinin qarşını alıblar. İlkin məlumata əsasən, cinayətkarların məhv edilməsi zamanı 6 polis əməkdaşı xəsarət alıb, onlardan ikisinin yaraları daha ağırdır”, – deyə Çeçenistan DİN-dən bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button