ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Səudiyyə Ərəbistanı 80 min yəmənlinin ölümündə ittiham olundu

Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanının müdiri Xalid əş-Şərif Səudiyyə Ərəbistanının cinayətləri barəsində danışıb.

Xalid əş-Şərif açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Səna beynəlxalq hava limanının bağlanmasıyla insanların ölümünə səbəb olub.

“Son 4 il yarım ərzində Səna beynəlxalq hava limanının qapadılması xaricdə müalicəyə ehtiyacı olan 80 min insanın ölümünə səbəb oldu. Bu ölümlərə görə məsuliyyət Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri və onların beynəlxalq dəstəkçilərinin üzərindədir”, – deyə Xalid əş-Şərif diqqətə çatdırıb.

O qeyd edib ki, milyondan çox yəmənli də beynəlxalq hava limanı qapalı olduğu üçün ölkələrinə daxil ola bilmirlər.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button