ArxivXəbər lentiXəbərlər

Ərdoğan Əsəd barədə dediklərini inkar etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Bəşər Əsəd haqda dediyi sözləri geri götürüb.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyatın hədəfi hər hansısa bir ölkə ya adam yox, yalnız terror təşkilatlarıdır.

Xatırladaq ki, daha əvvəl Ərdoğan bildirmişdi ki, ölkəsi Suriyada əməliyyata Bəşər Əsədi devirmək üçün başlayıb.

“Fərat Qalxanı” əməliyyatının hədəfi hər hansısa bir ölkə və ya hər hansısa bir insan deyil, yalnız terror təşkilatlarıdır. Və qoy heç kəs heç nəyə şübhə ilə yanaşmasın (heç kəs buna şübhə etməsin – red.). Türkiyə hətta tək qalsa belə terrorçuluqla mübarizə aparmağa davam edəcək. Biz bu istiqamətdə Qərb tərəfindən olan əngəllərlə (maneələrlə – red.) üzləşirik. Türkiyənin Suriya və İraq siyasəti Qərbi narahat edir. Bu onların hegemonluq iddiaları ilə üst-üstə düşmür. Suriya və İraqın gələcəyi onları narahat etmir. Orada neft var? Var. Və elə bu səbəbə görə də onlar oradadırlar.”, – deyə Ərdoğan bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button