ArxivIslamXəbər lentiXəbərlər

Mak Kristal Trampın Suriyadan çıxmaq qərarının çox pis bir qərar olduğunu, çünki bu halda ABŞ-ın regiondakı nüfuzunu itirəcəyini qeyd edib.
Amerikalı general Stenli Mak Kristal (Stanley Mc Christal) Qüds Ordusu komandanı general Qasım Süleymani ərazidə çox xarizmatik bir komandan olduğunu bildirib.

ABŞ ordusunun xüsusi əməliyyat keçmiş komandirlərindən təqaüddə olan general Stenli Mak Kristal bir radio kanalına verdiyi açıqlamalarda, ABŞ Prezidenti Donald Tramp və Qüds Ordusu komandanı general Qasım Süleymani haqqındakı fikrini açıqlayıb.

Mak Kristal Trampın Suriyadan çıxmaq qərarının çox pis bir qərar olduğunu, çünki bu halda ABŞ-ın regiondakı nüfuzunu itirəcəyini qeyd edib.

İranlı komandir Süleymanini daim izlədiklərini bildirən amerikalı general Süleymaninin ərazidə çox xarizmatik bir komandan olduğunu, belə ki, heç bir amerikalı komandanla müqayisə edilə bilməyəcəyini, Süleymaninin ərazidə işini qəribə bir rahatlıq və təsirli şəkildə apardığını vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button