ArxivXəbər lentiXəbərlər

İraq məhkəməsi 19 rusiyalı qadına ömürlük həbs cəzası verdi

İraq məhkəməsi 19 rusiyalı qadın barəsində İŞİD terror təşkilatına qoşulmalarına görə ömürlük həbs cəzası çıxarıb.
qafqaz.ir AFP-yə istnadən məlumatına görə, İraq həbsxanalarında məhkəmə qarşısına çıxarılmasını gözləyən daha 60 Rusiya vətəndaşı olan qadın var. Onlar barəsində müxtəlif ittihamlar var: İraq sərhədini qanunsuz keçmək, İŞİD terror təşkilatına qoşulmaq və terror aktları törətmək. Barələrində ölüm hökmü və ya ömürlük həbs cəzası çıxarılması gözlənilən qadınların əksəriyyəti İraqa ərlərinin arxasınca və ya birgə gediblər.
Xatırladaq ki, aprel ayında İraq məhkəməsi İŞİD terror təşkilatı üzvü olan 2 nəfər Azərbaycan, 3 Qırğızıstan və 16 Türkiyə vətəndaşı olan qadın barəsində ölüm hökmü çıxarıb.
1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button