ArxivXəbər lentiXəbərlər

Elşən Mustafaoğlunun həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Bu barədə FaktXəbər-ə məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E.Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

 Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button