ArxivXəbər lentiXəbərlər

Elşən Mustafaoğlunun ailəsi çətin vəziyyətdədir

Hazırda həbsdə olan ilahiyyatçı Elşən Mustafaoğlunun ailəsindən xəbər var
“İslaminSesi” bildirir ki, yaxınlarının Vetenugrunda.az-a verdikləri xəbərə görə, qayınatası kəskin ürək ağrıları və böyrək çatışmazlığı diaqnozu ilə Cərrahiyyə İnstitutuna yerləşdirilib, vəziyyəti ağırdır.

Atalarının həbsindən sonra kəskin psixoloji travmalarla üzləşmiş üç azyaşlı uşaq məhz onun himayəsində yaşayırdı.

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və 2014-cü ilin əvvəllərində ölkəyə qayıdıb. Qayıdandan bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı.

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.

10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşı olub.
Həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışıb.

2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatoru olub.

2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib.

2006-2007-ci illərdə “İctimai” TV-də kanalın ən populyar verilişlərindən olan “Cümə Söhbəti” verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button