IslamXəbərlər

İmam Xomeyni (rə) həzrətlərinin ildönümü günü

4 iyun 2013 tarix, İslam İnqilabının Banisi İmam Xomeyni (r) həzrətlərinin rehlət etdiyi gündür. Bu böyük tarixi gün ilə əlaqədar, İran İslam Respublikasında olduğu kimi, bütün dünyada da, İslam İnqilabının aşiqləri, əzəmətli günü qeyd etmək məqsədi ilə, İmam Xomeyni həzrətlərinin hərəmində toplaşaraq, beyətlərini yeniləyirlər…
Qum əyaləti üzrə İslam Təbliğatının Əlaqələndirmə Şöbəsinin Sədri cənab Nəsrullah Lütfi, Təqlid Mərcəsi, Ayətullah Qurqani ilə, görüşündə bu il keçiriləcək mərasimin proqramı haqqda məruzə verib.
Nəsrullah Lütfi bildirib ki, bu il, İmam Xomeyninin (rəhmətullahi əleyh) ildönümü günü, Məsum İmamımız, həzrəti Musayi Kazımın (əleyhis slam) şəhadət günü ilə üst-üstə düşür. Bu səbəbdən də, müxtəlif məzhəbi heyətlərin aktivliyi qabaqcadan proqramda nəzərdə alınıb.
İslam Təbliğatının Əlaqələndirmə Şöbəsinin Sədri daha sonra bildirib: “Bu il Qum əhalisinin müxtəlif təbəqələrindən olan adamlardan 20 min nəfəri, İslam İnqilabının Banisi, İmam Xomeyni həzrətlərinin ildönümü günü, qeyd olunan mərasimdə iştirak edəcək. Zəvvarlarımızın asayişi üçün Qum əyalətinin adiyyatlı dövlət dairələri əllərəindən gələnləri əsirgəməyəcəklər.”
İmam Xomeyninin Həyatına Qısa Baxış
Ayətullah Ruhullah Musəvi Xomeyni (rəhmətullahi əleyh) İran İslam Respublikasının mənəvi, siyasi lideri və qurucusu olmuş və Vilayəti Fəqih nəzəriyyəsini əməli sürətdə tətbiq edərək, 1300 ildən artıq, uzun düşmüş fasilədən sonra, Elm və Texnoloqiyanın tuğyan etdiyi bir vaxtda, 20 əsirin sonlarında, İslam Hakimiyyətini bərpa etmişdir.
Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. İmam Xomeyni atası Seyyid Mustafanı hələ beş aylığında olarkən itirir.
Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.
1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.
Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.
1987-ci ildə Taym jurnalı Xomeynini ilin adamı seçir
1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.
1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.
Xomeyni İraqdan Fransanın paytaxtı Parisə köçür. 1979-cu ildə şahın İrandan qaçmasından sonra Ayətullah Xomeyni İrana qayıdır. 1979-cu il 11 fevralda Xomeyninin başçılığı ilə başlayan İslam İnqilabı qələbə ilə sona çatır.
1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir./abna/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button