AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Ərdəbil əyalətinin ictimai təşkilat və qurumlarının 26 noyabrda Nardaranda baş verən qanlı hadisələri, dindarların həlak edilməsini və möminlərin həbs edilməsini məhkum edən

Ərdəbil əyalətinin ictimai təşkilat və qurumlarının 26 noyabrda Nardaranda baş verən qanlı hadisələri, dindarların həlak edilməsini və möminlərin həbs edilməsini məhkum edən-BƏYANATI

26 noyabrda Azərbaycan Respublikasının polis və təhlükəsizlik qüvvələri Bakının Nardaran qəsəbəsinə hücum edərək 5 nəfəri şəhid etmiş, bir neçə nəfəri yaralamış, müqəddəs Nardaranda olan onlarla ruhani və dindarı həbs etmişdir. Azərbaycan hökumətinin islamofobiya hərəkəti və din əleyhinə fəaliyyətləri misilsiz olmasına, son bir neçə ildə bu ölkənin dindarlarına hücum etməsinə, hazırda 80 nəfər dindarın qorxulu və ağır şəraitdə olan həbsxanalarda saxlanılmasına baxmayaraq, 26 noyabrda günahsız insanları qətlə yetirməsi və onlarla dindarı həbs etməsi Azərbaycan Respublikasının dini, siyasi və diktatorluq hökuməti tarixində dönüş nöqtəsi hesab olunur.

Azərbaycan hökuməti ermənilərlə döyüşmək, İslamın peykərinin bir hissəsi olan Qarabağ ərazilərini işğaldan azad etmək əvəzinə naşı siyasi geriləmə ilə həzrət Əba Əbdillah Hüseyn (ə) aşiqləri olan ruhani və dindar camaat qarşısında dayanmış, Hüseyn (ə) Ərbəini astanasında bu ölkənin möminlərini öldürmüş və həbs etmişdir. Bu ilin Tasua və Aşura günlərinin mərasimlərindəAzərbaycanın müsəlman xalqı coşqun və əzəmətli şəkildə iştirak edərək, özlərinin Əhli-beyt (ə) aşiqi və ardıcılı olduqlarını və heç bir güc qarşısında qorxmadıqlarını göstərdilər.

Ərdəbil əyalətinin ictimai təşkilat və qurumları, Azərbaycan Respublikasının təhlükəsizlik və polis qüvvələrinin ötən həftənin qanlı cümə axşamı günü Nardaran qəsəbəsində cinayətkarcasına və qeyri-insani hərəkətlərini məhkum etməklə yanaşı, Azərbaycan həbsxanalarında saxlanılan bütün ruhani və dindarların azad edilməsini, həmçinin, bu ölkə dindarlarından üzr istənilməsini, hadisənin cinayətkarları barədə cinayət işinin açılmasını tələb edir.

  1. Ərdəbil Əyalətinin Rahpuyan Cəmiyyəti
  2. Mühəqqiq Ərdəbili UniversitetiTələbələrinin İslamı Qurumu
  3. Fərhəngiyan Universitetinin Bəsic Tələbələr Birliyi
  4. Müşfiqin Mədəniyyət Mərkəzi
  5. Fəcri Darul-İrşad Mərkəzi
  6. Mühəqqiq Ərdəbili Universitetinin Bəsic Tələbələr Birliyi
  7. Məhdi-Təşəyyö Mədəniyyət Mərkəzi
  8. Qafqaz Mədəniyyət Mərkəzi
  9. Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət Mərkəzi
  10. Şiəşünaslıq Araşdırmalar Mərkəzi
  11. Şiəlk Tarixi Araşdırmalar Mərkəzi
  12. Peyam-Nur Universitetinin Bəsic Tələbələr Birliyi
  13. Ərdəbil Məktəblilərinin İslami Birliyi
  14. Nuvin Universitetinin Bəsic Tələbələr Birliyi
  15. Darul-İrşad Araşdırmalar və Mədəniyyət Mərkəzi
  16. Səlsəbil Quran Mərkəzi
  17. Nəcm Tərbiyə Layihəsi Katibliyi
  18. Ərdəbil Nəhcül-Bəlağə Mərkəzi
  19. Şeyx Səfiyəddin İshaq Tədqiqat Mərkəzi
  20. Məhdəviyyət və Kimlik Mərkəzi
  21. Darul-İrşad Kimlik Mədəniyyət Mərkəzi
  22. Ərdəbil Müdrikləri Quran və İtrət Mərkəzi
  23. Azəri Dillilərin Şiə Kimliyini Müdafiə Edənlər Mədəniyyət Mərkəzi
  24. Bir qrup dini heyət.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button