ArxivXəbər lentiXəbərlər

Rusiya qondarma “Dağlıq Qarabağ Respublikası”nda referendumun keçirilməsini qınadı

Moskva qondarma “DQR”-də konstitusiyaya dəyişiklik üzrə referendumun keçirilməsini qeyri-qanuni adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi “referendum”a münasibətini açıqlayıb.

APA-nın sorğusuna cavab olaraq Rusiya XİN-dən bildirilib ki, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: “Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyo Brayza da deyib: Ermənistanın Qarabağda referendum keçirmək planından aydın olur ki, İrəvan münaqişənin dinc yolla həllində maraqlı görünmür. Bu isə münaqişənin həllini daha da mürəkkəbləşdirir.

Bundan öncə Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyə separatçı rejimin referendumla bağlı atdığı addımı qeyri-qanuni elan ediblər.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti çərçivəsində Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardınca, bölgədə mürəkkəb durum yaranıb.

Qondarma Dağlıq Qarabağ Respublikasını isə heç kim tanımır. Bu separatçı rejim 20 fevralda konstitusiyaya düzəliş üzrə referendum keçirəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button