ArxivXəbər lentiXəbərlər

Türkiyənin jurnalistinə İsrail əsgərləri atəş açaraq yaralayıb – FOTO

İordan çayının uşğal altındakı qərb sahilində yerləşən Ramallahda İsrail rejimi əsgərlərinin fələstinlilərə müdaxiləsini müşahidə edən jurnalistlərə hərbçilər tərəgindən atəş açılıb.
qafqaz.ir-in “Anadolu” agentliyinə istinadən məlumatına görə, Ramallah qərbindəki Ras Karkar qəsəbəsində baş verən hadisələri təqib edən “AA”nın foto müxbiri İsam Rimavi, Fransanın AFP xəbər agentliyi müxbirləri Abbas Mumini və İngiltərə vətəndaşı Co Daykı plastik güllədən aldıqları atəş nəticəsində ayaqlarından yaralanıblar.
Yaralı müxbirlərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Yəhudilərin bir müddətdir yeni yaşayış məntəqəsi inşa etmək üçün Ras Karkarda fələstinlilərə aid ərazilərdə yol çəkilişi həyata keçirdikləri bildirilir. Bu vəziyyətə etiraz edən fələstinlilər ilə İsrail rejiminin əsgərləri arasında qarşıdurma yaşanır.
Xatırladaq ki, İsrail 1967-ci ildən bu yana İordan çayının işğal altındakı Qərb sahilində və Şərqi Qüdsdə yüzlərlə qeyri-qanuni yaşayış məntəqəsi inşa edib. İordan çayının Qərb sahilindəki yaşayış məntəqələrində təxminən yarım milyon, Şərqi Qüdsdə isə 220 min yəhudi yaşadığı qeyd edilir.
Beynəlxalq hüquqa əsasən, işğal altındakı torpaqlarda olan bütün yəhudi yaşayış məntəqələri qeyri-qanuni qəbul edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button