ArxivIslamXəbər lentiXəbərlər

Seyid Həsən Nəsrullahın Davudoğluna kinayəli eyhamı!

Livanın Hizbullah təşkilatının baş katibi cənab Seyid Həsən Nəsrullah Türkiyənin son neçə gündə İŞİD-lə mübarizə strategiyasına “qoşularaq” Suriyanın ərazilərinə təcavüzü ilə əlaqədar deyib ki, maraqlıdır, Türkiyənin baş naziri hələ indi İŞİD-in Türkiyənin əmniyyətini təhdid etdiyini bildirir. Gərək ona deyək ki, sabahın xeyir olsun! İndiyədək öz fikirlərincə Suriyadakı rejimi devirmək üçün ərazilərini belə azğın ünsürlərin gediş-gəlişi üçün tranzitə çevirənlər artıq onun cəzasını almaq üzrədirlər. Biz onlara qabaqcadan vaxtında bu barədə xəbərdarlıq etmişdik. Türkiyə elə əvvəldən İŞİD-in hamisi olub, ona hər cür yardım imkanları təşkil edib və sərhədlərini də, onların üzünə açıq qoyduğu surətdə, bu gün həmin ölkənin baş naziri onu (İŞİD) ölkənin milli əmniyyətinə qarşı təhdid sanır. Bəzən hələ də, belə terrorist qrupları idarə etməyə qadir olduqlarını güman edənlərin – Livan daxilində də, hələ İŞİD-i ciddi təhdid sanmayanlar müşahidə olunduğu halda – yanlış düşüncəsinə rəğmən, bildirməliyəm ki, Vaşinqton İŞİD-i terrorist qrupların siyahısının başında qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button