ArxivXəbər lentiXəbərlər

İlham Əliyev Ermənistanı tənqid atəşinə tutub

Azərbaycan prezidenti Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe sərgilədiyinə görə tənqid atəşinə tutub.

İRNA-nın məlumatına görə, İlham Əliyev bazar ertəsi günü  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə deyib: Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar müzakirələrdə irəliləyiş üçün əsaslı maneədir.

Azərbaycan prezidenti həmçinin Ermənistanı Dağlıq Qarabağda Azərbaycanın milli, tarixi və dini abidələrini məhv etməkdə suçlayıb və əlavə edib: Bu münaqişənin dərhal həll olunması üçün erməni hərbçilər Azərbaycanın ərazilərini tərk etməlidirlər.

Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan əleyhinə ərazi iddiası ilə başlanıb.

Erməni və azərbaycanlı hərbçilərin toqquşması nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu Ermənistan qüvvələrinin nəzarətinə keçib.

1994-cü il may ayında münaqişə tərəfləri arasında atəşkəs bərpa olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi hələ də heç bir nəticəyə varmamışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button