AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Ayətullah Xameneinin Təbriz xalqının 1356-cı ildə (1978) 29 bəhmən qiyamının ildönümü astanasında Şərqi Azərbaycan əhalisi ilə videokonfrans vasitəsilə bəyanatından seçmələr

Dünya günbəgün nüvə enerjisindən daha çox asılı olur. Bizdə də gec-tez dinc məqsədli nüvə erejisinə ciddi ehtiyac yaranacaq. Bu gün o barədə düşünməsək, sabah gec olacaq və əlimiz boşda olacaq.

Tvit 2:

Bilirlər ki, İranın nüvə proqramı dinc məqsədlidir. Amma boş yerə iddia edirlər ki, İranın bomba istehsalına filan qədər qalıb. Biz nüvədən dinc məqsədlə istifadə etmək istəyirik. Bilərəkdən belə edirlər ki, İran xalqının nüvə enerjisinə ehtiyacı olanda çətinliyə düşsün.

 

Tvit 3:

1394-1395-ci illərdə (2015-2016) nüvə müzakirəsi fəzasında mənim iradım bu idi ki, sonradan problem yaranmasın deyə müzakirədə müəyyən nöqtələrə riayət edilməlidir. Bəzilərinə əhəmiyyət verilmədi və hamının gördüyü problemlər yarandı.

 

Tvit 4:

Xalqı dövlətdən ayırmaq və ictimai fikri çaşdırmaq üçün düşmənin iki vasitəsi var: iqtisadi düşmənçilik və informasiya düşmənçiliyi. Gənclər bunun qarşısını almalıdır. İran xalqı bu iki cərəyanın qarşısında dayanmalıdır.

Tvit 5:

Diplomatiya sahəsində dəyərli, inqilabçı qardaşlarımız sanksiyaları aradan qaldırmaq və qarşı tərəfi qane etmək üçün çalışırlar. Bu da yaxşıdır. Amma daha mühüm olan milli istehsal, iqtisadi dirçəliş, innovasiya iqtisadiyyatı vasitəsilə sanksiyaları zərərsizləşdirməkdir.

Tvit 6:

İnqilabın şüarı imperialist qüvvələrə qarşı olmaqdır. Allaha şükür ki, İran xalqına nemət olaraq bu xalqı möhkəmləndirib, istiqamətləndirib. Bu müqavimət məntəqə ölkələrinə təsir edib. Məntəqədə imperializm vahiməsi aradan qalxıb, xalqların Amerikaya qarşı dili açılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button