ArxivXəbər lentiXəbərlər

Abbas Hüseynov mitinqlə bağlı müraciət etdi

Nardaran hadisələri zamanı şərlənərək həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Abbas Hüseyn 11 sentyabr mitinqi ilə bağlı müraciət ünvanlayıb. Məhbusun yaxınlarının Meydan TV-yə təqdim etdiyi müraciətdə deyilir:

“Salam olsun hər zaman haqsızlığa və zülmə etiraz edən kəslərə!
Həbsxanalar bizim üçün zindan deyil, əksinə gülüstandır. Gülüstana gedən yol da mübarizə meydanlarından keçir. 11 sentyabr etiraz günüdür. Bir neçə saatlıq olsa da, sizinlə olmaq istərdim. Çünki həmin saatlar və yer mənim əqidəmdə ən dəyərli və ən gözəl anlardır. Həmin yerdə haqq sözlər, həqiqətlər deyiləcək. Haqq müdafiə olunacaq, böyük bir xalqın taleyi həll olunacaq. Haqsızlara, zülmkarlara haqq sözlər deyilib, etiraz ediləcəkdir. Totalitar, avtoritar rejimə qarşı mübarizə aparılacaqdır. Monarxiyanın qarşısının alınması üçün bütün mübarizlər etiraz meydanına toplaşacaqlar. Çalişaq həmin qarşıdan gələn günlərdə qanunsuzluq və haqsızlığa qarşı birliyimizi göstərək”. Talana son, monaxiyaya “Yox!” deyib mübarizəmizi genişləndirək.

Abbas Hüseyn ötən il, noyabrın 30-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birgə daha 18 nəfər mühakimə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button